Əlaqə Arxiv
news Image
2014.03.14
19:27
| A A A
Ərdoğandan Fətullah Gülənə tikanlı sözlər

Bələdiyyə seçkiləri öncəsi Türkiyənin Batman bölgəsində seçicilərlə görüşən baş nazir Rəcəb Tayyib Ərdoğan çıxışlarında yenə satirik yumorlu atmacalarından əl çəkməyib.


- Az öncə bələdiyyə üzvlüyünə namizəd Mehmet Şimşeki dinlədik. O da Kürt. Bax, buradan çıxdı, maşallah 9 uşaqdılar. Mən ən azı üç dedim, amma Mehmetin babası, maşallah 9 uşaq böyütdü. Təbii ki, əsas anadır. Əl-ələ, çiyin-çiyinə verib Batmanın sosial durumunu dəyişəcəyik.


- MHP şəhid cənazələrini istismar edir, CHP-nin zaten nə etdiyi bəlli. Hakkaridə başqa, Edirnədə başqa, axşam bir, səhər başqa bir cür açıqlamalar verirlər. Amma son zamanlar başqa bir durum yaranıb. Pensilvaniyadan kasetlər gəlir, bu kasetlərlə duruma nəzarəti ələ keçirmək istəyirlər. Sənin hocan başını açmaq üçün fətva verən hocadır. Rədd olun deyin bunlara! Lazımi dərsi qapıya gəldikləri zaman verməyiniz lazımdır!"


- Seçkidə bunlar sizi aldada bilər. Bülletenlərin üzərində AKP-nin qarşısından Əsma yazın da deyə bilərlər. Bu oyunlara getməyin. Bülletenlərin üzərində heç bir yazı olmayacaq.


- Niyə qızlarımızı başı açıq, başı bağlı deyə iki yerə ayırdılar. Buna görə, ağlayan uşaqlar oldu. Təbii, duyğulandım, mən də ağladım. Daha sonra həkim yanıma gəldi. Dedi ki, başqanım ruh nöqtəsində psixoloji sıxıntınız var. Müalicə olundum. Siz səbr etdiniz nə oldu? Səbr edənlər zəfərə qovuşdu. Ey baş örtüyü düşmənləri. Nə oldu ya, kosmosa peykmi göndərdiniz də, baş örtüyü sizə maneə oldu? Hansı əsəri həyata keçirdiniz bu ölkədə.


- Mən rabia işrəsini etdim, Kılıçdaroğlu da bunu etdi. Dərshanələrə gedən uşaqlarınız varsa, geri alın. Okullarında oxuyanlar varsa, geri çağırın. Həftə sonlarında Milli Təshil Nazirliyi kurslar təşkil edəcək, xərclərini də özümüz çəkəcəyik. Bunların uşaqlara həqiqətən mərhəməti var idisə, bunu Misirdə, Suriyadakı uşaqlar üçün də görərdik.


- Baxın, bunlar küçələrdə qarşıdurma yaradaraq Tuncelidə polisimizin, İstanbulda Burak balamızın şəhadətinə səbəb oldular. Məkanları cənnət olsun! Hüquq mühafizə orqanları gərəkəni edəcək. Biz təhlükəsizlik üçün bütün addımları atacağıq. CHP MHP BDP bunların hamısı fitnəkardır.

Sizin Reklam Yeriniz