Əlaqə Arxiv
news Image
2014.03.14
18:19
| A A A
Azərbaycanlı gənc beynəlxalq forumda iştirak edəcək

Azərbaycanlı gənc beynəlxalq forumda iştirak edəcək. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov 5-11 aprel 2014-cü il tarixində Kolumbiyanın Medellin şəhərində BMT-nin İnsan Məskənləri (məskunlaşdırma) üzrə Mərkəzinin keçirəcəyi Dünya Urbanizasiya Forumunun 7-ci sessiyasında məruzəçi qismində iştirak edəcək.YAP GB sədrinin müavini forumda "Azərbaycanda idarəetmə prosesində gənclərin rolu" mövzusunda məruzə ilə çıxış edəcəkr.Qeyd edək ki, Dünya Urbanizasiya Forumu 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib. Forum insanların məskunlaşdırılması, urbanizasiya prosesinin sürətləndirilməsi və bu proseslərin yerli və milli iqtisadiyyata, iqlim dəyişikliyinə təsiri sahəsindəki problemlərin araşdırılması və analizi ilə məşğuldur. 2002-ci ildə Nairobidə keçirilən açılış sessiyasından etibarən Forum öz fəaliyyət istiqamətlərini genişləndirir və son dövrədək keçirilən sessiyalarda ümumilikdə 10000 şəxs iştirak edib.

Sizin Reklam Yeriniz