Əlaqə Arxiv
news Image
2014.03.15
09:00
| A A A
Sabah Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacaq
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Bu barədəAPA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Almaniyanın Nürnberq şəhərində Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacaq.

Martın 17-dən martın 21-dək Fransanın paytaxtı Paris şəhərində Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.


Sizin Reklam Yeriniz