Əlaqə Arxiv
news Image
2014.03.15
10:10
| A A A
Masallıda yanğınla nəticələnən partlayış baş verib, 4 nəfər xəsarət alıb
Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz