Komitə üzvləri gündəliyə çıxarılan "Qaçqınlar və iş hüququ","Miqrantların cəmiyyətə inteqrasiyası", "Miqrantların gizli yolla kütləvi şəkildə İtaliyaya gəlişi", "Miqrantların diaspora təşkilatlarında demokratik iştirakı" və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avropada qaçqın və məcburi köçkün problemi ilə bağlı çıxış edən
Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Assambleyada
Fransa-Ermənistan parlamentlərarası işçi qrupunun sədri Rene Ruke
nədənsə çıxışında yalnız Gürcütanda qaçqın və məcburi köçkünlərin
vəziyyəti baradə məlumat vermiş, Ermənistanın apardığı işğalçılıq
siyasəti nəticəsində doğma torpaqlarından silah gücünə, zorla
çıxarılaraq öz vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan
bir milyondan artıq azərbaycanlının vəziyyətindən
danışmamışdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev
ermənipərəst fransalı deputatın çıxışına münasibət bildirmiş,
azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin məruzəyə
daxil edilməsini dəfələrlə qaldırdığını xatırlatmış və bu məsələnin
məruzədə öz əksini tapmasını yenidən təklif ediblər.
R. Rzayevin haqlı iradı komitə üzvləri tərəfindən dəstəklənmiş və
azərbaycanlı qaçqın və məscburi köçkünlərlə bağlı məsələnin
gələcəkdə məruzədə əksini tapması qərara alınıb.
Komitənin növbəti iclasının may ayında Bakıda keçiriləcəyi diqqətə
çatdırılmışdır.