Əlaqə Arxiv
news Image
2014.03.15
12:15
| A A A
Tanınmış caz ifaçılarının Novruz bayramına həsr olunmuş konserti olacaq
Tanınmış caz ifaçıları Elnur Hüseynov və Diana Hacıyeva dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Pik Palace” otelində Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış edəcəklər.

Movqe.az xəbər verir ki, ifaçılar yeni proqramı gənc və istedadlı "iJazz" qrupunun müşayiəti altında təqdim edəcəklər. Novruz bayramı ilə əlaqədar hazırlanan xüsusi kampaniya çərçivəsində "iJazz" qrupu martın 21-dən 23-dək hər axşam "Pik Palace" otelində çıxış edəcəkdir.

Elnur Hüseynov Diana Hacıyeva ilə Azərbaycanın ən yüksək dağlıq yerində çıxış edən ilk yerli müğənnilər olduqlarından məmnunluğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, Novruz bayramı xüsusi bir gündür və həmin axşam konsertə gələn insanların baharla görüşünün xüsusi olması üçün ifaçılar əllərindən gələni əsirgəməyəcəklər.

Konsert otelin "Acacia" zalında təşkil olunacaqdır.

"Pik Palace" oteli Azərbaycanın ən yüksək dağlıq ərazisində, Bakıdan 230 km şimalda yerləşir və Şahdağ mənzərəsinə açılır.

Konsertə bilet sifarişinitelefonla (+994 12) 310-20-10 və ya www.pikpalace.com internet səhifəsində etmək olar.

Sizin Reklam Yeriniz