Əlaqə Arxiv
news Image
2014.03.15
15:10
| A A A
Nazir Rza Zərraba toxunulmazlıq hüququ verdi (Əlavə olundu)
Zərrab rəsmi qeydlərdə ‘gizli' olan 3 xüsusi nömrədən istifadə edir

Movqe.Az türk mediasına istinadən xəbər verir ki, Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabın dövrün daxili işlər naziri Muammer Gülərin təlimatıyla ayrıldığı iddia edilən 3 xüsusi nömrədənistifadə etməyə davam edir. Polisin belə kimə aid olduğu məlumatına çata bilmədiyi nömrələr cərimələnsə də,ödəniş edilmir.

17 dekabr böyük rüşvət və sui-istifadə istintaqında ‘rüşvət vermək və cinayət törətmək məqsədilə təşkilat qurmaq' iddialarıyla həbs olunan və 28 fevralda həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılan İran əslli iş adamı Rza Zərrabın Daxili İşlər Nazirliyinin verdiyi xüsusi nömrələrdən hələ də istifadə etdiyi ortaya çıxdı. Zərrab, 5 noyabr 2013-də Daxili İşlər Nazirliyinə xüsusi mülki nömrə ayrılması üçün müraciət etdi. Mətbuata əks olunan istintaq sənədində yer alan iddiaya görə, dövrün daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərdən xahiş edən Zərrab, mühafizə polisi xidmətindən və nəqliyyatdatəhlükəsizlik zolağından da istifadə etmək üçün xüsusi nömrə ayrılmasını istəyib.

Barış Gülər bu arzunu atası daxili işlər naziri Gülərə çatdırandan sonraZərraba nömrə ayrılması və işlərin sürətləndirilməsi üçün Mühafizə İdarəsinə və yol polisinə təlimat verilir. Avtomobil yolları polisi idarəsi Zərraba 3 ədəd ‘Xüsusi ayrılmış nömrə' üçün təsdiq sənədi hazırlayır. Daxili İşlər Nazirliyi müşavir köməkçisi M.D.ın imzasıyla nömrələr ayrılır.

Zərrab, xüsusi nömrə verilməsi üçün, 34 RZ xxx Mersedes,34 HExxxx, 34 DJ xxxx, 34 İL xx, 34 AZ xxxx nömrəli 5 avtomobilininsiyahısını təqdim edib.

Nazirliyin təsdiqini aldıqdan sonraZərraba biri ‘06' (Ankara) ikisi ‘34' (İstanbul) olmaqla "mülki nömrə i" ayrıldı. Zərraba verilən xüsusi nömrələr ilə əlaqədar məlumat və sənədlər gizli tutulduğu kimi, asayiş - nəqliyyatyoxlamaları aparılabilmir. Nömrələr, nəqliyyatdatəhlükəsizlik zolağından istifadə etmə və yol üstünlüyü də təmin edir. Nömrəni verən qurum xaricində polisin belə kimə aid olduğu məlumatı əldə edə bilmədiyi nömrələrə, nəqliyyat cəzası kəsilsə belə, ödənişi edilmir.

Rza Zərrabın həbsxanadan çıxdıqdan sonra da bu nömrələrdənistifadə etdiyi ortaya çıxdı. Asiyaiş İdarəsi rəsmiləri Zərrabla əlaqədar mühakimə etmənin davam etdiyi, dəqiqləşmiş bir cəzası olmadığı üçün nömrələrin ləğvindən söz getmədiyini deyirlər. Həbsxanaya girməzdən əvvəl "can təhlükəsizliyi" səbəbilə mühafizə ayrılmış Zərrabın həbsxanadan çıxdıqdan sonra yeni bir mühafizə istəmədiyi bəli olub.

Sizin Reklam Yeriniz