Əlaqə Arxiv
news Image
2014.03.15
15:27
| A A A
Hüseyn Dəryanın oğlu atası ilə vidalaşdı (FOTO, YENİLƏNİB)
Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək. ANS PRESS-in xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir.

Mərhumla vida mərasimi isə bu gün Qaraçuxur qəsəbəsindəki evində olacaq.

ANS PRESS-in məlumatına görə, artıq mərhumun yaxınları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, qayınanası, hətta oğlu da var.
Mərhumun ilk həyat yoldaşının sözlərinə görə, H.Dərya xəstəxanaya düşəndən, hətta ölüm xəbəri yayılandan sonra ailə üzvlərindən heç kim onun yanına gəlməyib.
Reperin bəziyyəti gecə normal olsa da, o səhər saatlarında keçinib. Onun son arzusu isə qızı və oğlunu görmək olub.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.
Sizin Reklam Yeriniz