Əlaqə Arxiv
news Image
2014.03.15
19:00
| A A A
BDU-nun rəhbərliyi tələbə etirazları ilə bağlı nazirliyə çağırıldı

Tələbələrin etirazları ilə bağlı Bakı Dövlət Universitetinin dekan və prorektorları Təhsil Nazirliyinə çağırılıblar.


Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, aksiyalarla bağlı həmçinin Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirilərək qərarlar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Dövlət universitetinin tələbələri təhsildə kredit sistemində yaranan problemlərə görə etiraz aksiyası keçirmişdilər. Daha sonra universitet rəhbərliyi təcili müşavirə keçirərək tələbələrin problemlərinin həll olunduğunu açıqlamışdı.


Təhsil nazirinin müavini, Ceyhun Bayramov: "Tədris proqramlarında yükün ağır olması, imtahanların kecirilməsi ilə baglı Bakı Dovlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar.


Onlar hal-hazırda həmin tədris prqramlarına yenidən baxırlar. Hər hansı bir artıq yük varsa, yenidən baxılacaq, imtahanların təşkilində tam şəffalıq təmin olunacaq"

Sizin Reklam Yeriniz