Əmək birjaları 600 nəfərdən çox şəxsi müvəqqəti işlərə
göndərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən
Xezerxeber.com-a verilən məlumata görə, nazirlik yanında Dövlət
Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir
şəhərlərindəki Əmək birjaları cari ilin yanvar-fevral aylarında 620
nəfərdən çox şəxsi müvəqqəti xarakterli iş yerləri ilə təmin edib.
Həmin vətəndaşlardan 373 nəfərini qadınlar, 245 nəfərini gənclər
təşkil edib.
Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi
üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri
üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik
göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından
müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunaraq
belə işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.