Əlaqə Arxiv
news Image
2014.03.16
10:18
| A A A
Novruz bayramı ilə əlaqədar şəhərlərarası avtobusların sayı iki dəfə artırılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə əlaqədar martın 15-dən 26-dək gücləndirilmiş iş rejimində çalışacaqdır.

Avtovağzal kompleksindən bildirmişlər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Odur ki, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı iki dəfəyədək artırılacaqdır. /Azərtac/

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, qiymət intizamına nəzarət komissiyası yaradılmışdır. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşarsa, kompleksdəki dispetçer məntəqəsinə müraciət edə bilərlər.

Sizin Reklam Yeriniz