Əlaqə Arxiv
news Image
2014.03.16
10:33
| A A A
Azərbaycanın turizm potensialı Moskvada nümayiş olunacaq

Martın 19-dan 22-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək "MİTT-2014" beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaqdır.


Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, beynəlxalq sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 84 kvadratmetrlik pavilyon quraşdırılacaqdır. Sərginin ziyarətçilərinə və tədbirin iştirakçılarına paylanmaq üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanmışdır.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən 18 turizm şirkətinin və otelin təmsilçiləri də iştirak edəcəklər. 

Sizin Reklam Yeriniz