Əlaqə Arxiv
news Image
2014.03.16
12:37
| A A A
Krımdakı referendumda gərginlik: Rusiya kazakları təziqlərə başladı
Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər. ANS PRESS-in məlumatına görə bu barədə, Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov "Ukraynskaya Pravda" qəzetinə açıqlama verib. 

Nəşrin yaydığı məlumatda qeyd olunub ki, Rusiya kazakları dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını işə buraxmırlar. Seleznyov nəşrə bildirilib ki, Rusiya hərbçiləri işçilərə əvvəlcə səs verməyə getməyin lazım olduğunu deyirlər:

"Bu gün Primorskdakı hərbi hissənin Rusiya Müdafiə Nazirliyinə məxsus kazaklar qrupu dövlət elmi-tətqiqat mərkəzinin işçilərini işə buraxmırlar.Onlar bunu işçilərin səs verməyə getmələrinin vacibliyi ilə əsaslandırırlar".
Sizin Reklam Yeriniz