Əlaqə Arxiv
news Image
2014.03.16
13:40
| A A A
Üzdəki sızanaqlar xəstəliklərdən xəbər verir
Yaşınız nəçə olursa-olsun, elə, ya da belə bəzən sızanaqlarla məşğul olmaq məcburiyyətində qalırıq. Bu sinir pozucu dəri problemi üzündən küçəyə üz makiyajı olmadan rahat çıxa bilmirik, makiyaj etdiyimizdə də mütləq tonal kremlərə müraciət etməi oluruq.

Sızanaqların, bədəninizin sizə nəyin yolunda getmədiyini izah etməyə çalışdığını bilirdinizmi? Milli.Az anspress-ə istinadən həmin sualın cavabını sizə təqdim edir.

Üz xəritələndirmə üsulu Çində istifadə edilən və günümüzün müasir dermatologiyasıyla xırmanlanan xüsusi bir texnikadır. Hadisənin təməli, üzün müxtəlif bölgələrinin, müxtəlif iç orqanlardakı problemlərlə birə-bir ilə eyni olmasıdır. Təbii hormonal dəyişmələr kimi bəzi vəziyyətlərin önünə keçə bilmək mümkün deyil, amma hansı bölgədəki sızanağa hansı orqandakı problemin səbəb olunduğu bilindiyi təqdirdə, daha sağlam bir dəri üçün tədbir ala bilmək çox da mümkündür!

Alın nahiyəsində çıxan sizanaqlar

Alında çıxan sızanaqlar, ümumiyyətlə stressdən və yuxusuzluqdan qaynaqlanır. Bu problemin qabağına keçmək və daha təmiz bir alına sahib olmaq üçün gecələri mütləq 7- 9 saatlıq bir yuxu çəkmək və əlimizdən bir şey gəlməyən mövzularda özümüzü stressə salmamaq lazımdır.

Qaş üstü nahiyədə çıxanlar

Qaşların üzərindəki bölgə, birbaşa olaraq immunitet sistemindən təsirlənir. Yəni immunitet sisteminiz aşağıdırsa, qaş üstlərinizdə sızanaqla qarşılaşmanız son dərəcə mümkündür. Ehtimalla soyuqdəymə ya da qripə tutulmaq üzrəsiniz, xəbəriniz olsun! Qaşlarınızın üzərində sızanaq görsəniz, tempinizi bir neçə gündəliyinə yavaşladın və C vitamininə yüklənin.

Qaş arası nahiyədə çıxan sızanaqlar

İki qaşın arasında bir sızanaq meydana çıxdısa, diqqət! Son zamanlarda tez-bazar yeməyə çox yönəlmiş ola bilərsiniz. Hətta müəyyən bir yeməyə allergiyanız belə ola bilər! Bu bölgə qaraciyərə bağlıdır. Meyvə və qatıq istehlak edərək bədəninizə girən sağlam olmayan qidaları detokslayın.

Yanaq nahiyəsində çıxan sızanaqlar

Yanaqlarda meydana çıxan sızanaqlar, tənəffüs sistemiylə əlaqəlidir. Havası çirkli olan bir yerdə yaşayırsınızsa, astmanız varsa, bronxitiniz tutdusa və ya siqaret çəkirsinizsə, yanaqlarınızda sızanaq çıxması son dərəcə normaldır.

Çənə nahiyəsində çıxan sızanaqlar

Dodaq altında və çənənin iki yanında meydana çıxan sızanaqlar hormonal dəyişmələrdən qaynaqlanar. Bu səbəbdən bu mövzuda edilə biləcək çox bir şey yoxdur. Yenə də siz ginekoloqa müraciət edin.

Əlavə olaraq

Gicgahlarda və qulaqların altında çıxan sızanaqlar, böyrəklərə bağlıdır. Daha çox su için!
Çənənin tam ortasında çıxan sızanaqlar həzm sistemiylə əlaqədardır. Həzmsizlik probleminiz ola bilər.
Sizin Reklam Yeriniz