Əlaqə Arxiv
news Image
2014.03.16
16:09
| A A A
Nurçularla bağlı iddialar böyüyür
Zahid Oruc: “Baş nazir Rəcəb Tayyib Ərdoğan ehtimal ki, Azərbaycan dövlət rəsmilərinə hər hansı müraciət edib” Qabil Hüseynli: “Azərbaycanda Gülən camaatının hansı mövqelərinin olduğunu demək olar ki, hamı bilir”

Nurçularla bağlı baş qaldıran iddialar hələ də səngimir. Əksinə, Türkiyə media orqanlarında bu xüsusda yeni iddialar səslənir, nurçuların Azərbaycanda da özləriən yer tedikləri bildirilir. Hətta Türkiyənin "Akşam" qəzeti bir qədər də irəli gedərək Fətullah Gülənin Azərbaycana ayırdığı pullar barədə məlumatlar dərc edib. Bunun həqiqət nə dərəcəəd əks etdirməsi bilinməsə də, yazıda adları çəkilən tərəflərin məsələyə münasibət açıqlması olduqca vacibdir. Digər tərəfdən o da istisna deyil ki, belə məlumatlar Türkiyə və Azərbaycan arasında müəyyən ixtilafların yaraıdlmasına cəhd kimi də dəyərləndirilə bilər. Hər halda baş verənlər barədə daha geniş açıqlamalara ehtiyac duyulmaqdadır.

Millət vəkili Zahid Oruc məsələ ilə bağlı bildirdi ki, artıq Fətullah Gülən ətrafında informasiya müharibəsi dərinləşir: "Görünür, üçüncü tərəf də burada mühüm rol oynamaqdadır. Faktiki olaraq, Türkiyədə siyasi böhranın dərinləşdirilməsi, Ədalət ve İnkişaf Partiyası (AKP) ətrafındakı çəkişmələri daha da şiddətləndirmək üçün buna ton verən, istiqamətləndirən, informasiya məkanında onu tirajlandıran qüvvələr də olmamış deyildir. Fərq etməz, burada tərəf kimlərdir. Önəmli odur ki, Türkiyənin siyasi elitasında parçalanma getsin, firqə dalğaları bütövlükdə hökumətin içini iflic etsin. Mahiyyət etibarı ilə bu, Türkiyənin regional və beynəlxalq siyasi çəkisinə və hədəflərə gedən yoldakı mübarizəsinə mənfi təsir etsin. Ona görə də həmin informasiya sızıntılarının məqsədli olmasına şübhəm yoxdur. Burada niyyət təkcə Azərbaycan-Türkiyə münasbətləri zədələmək deyil. Ən çox hər iki ölkənin iqtidarını yönləndirən, müəyyən imkanlara malik olan dairələrin içərisində şübhə toxumu əkmək, bir-birindən xoflandırmaq, başqasına təhlükəli dünyanın nümayəndəsi kimi yanaşmaq, öz rəhbərləri tərəfindən deyil, kənar dairələrin diqqəti ilə idarə olunduğunu orta qoymaq üçün bunu həyata keçirirlər. Əslində, siyasi-psixoloji nöqteyi-nəzərindən buna kifayət qədər ciddi hazırlaşıblar. Xeyli müddətdir məsələni gündəmdə saxlamağın nəticəsi budur. Türkiyədə dərshanələrin bağlanması fonunda proses artıq tam fərqli müstəviyə keçib. İndi gözləmək olar ki, qarşıdakı seçkinin nəticələrindən asılı olaraq "kim-kimi" məsələsi sona çatacaq. Bunun Azərbaycanda da müəyyən yaşantılarını müşahidə edəcəyik. Baş nazir Rəcəb Tayyib Ərdoğan ehtimal ki, Azərbaycan dövlət rəsmilərinə hər hansı müraciət edib. Onun sonucunda iqtidar yetkilərimizin nə qərar verəcəyini təyin etmək çətindir. Biz mülahizə ilə deyirik ki, bunlar təşkilatlanmış sekta deyillər. Reallığı isə kəşfiyyat orqanlarımız bilir".

Politoloq Qabil Hüseynli bildirdi ki, Fətullah Gülənin bütün əcinnə oyunlarını ona yaxın olan media tərəfindən aparılması şübhəsizdir: "Əgər bu gün Azərbaycana Fətullah Gülən tərəfindən pul göndərilməsi məsələsi Türkiyə mediasında yayılıbsa, deməli, bu, maraqlı qüvvələrin barmaq işarəsi ilə həyata keçirilir. Əgər hətta göndərilən pulların ünvanı göstərilirsə və bunu onlar isbatlamağa hazırdırlarsa, bu bilgiləri də ictimai rəyə təqdim etməlidirlər. Gülən camaatının Azərbaycanda təhsil ocaqlarının olması istisna edilmir. Odur ki, oraya müəyyən pullar göndərilə bilər. Amma artıq həmin təhsil müəssisələri Azərabycanın tam nəzarətinə keçib. Düzdür, Fətullah Gülən camaatının Azərbaycana pul göndərməsi vaxtında açılmayıb. Bu pullar təbliğatı həyata keçirmək üçün gönədilməsi istisna edilmir. Ancaq xəbərlər daha çox Türkiyənin daxili üçün hesablanıb".

Politoloq hesab edir ki, göndərilmiş pullarla bağlı xəbərlər Azərbaycan ilə Türkiyə arasında soyuqluq yaratmayacaq: "Biz hamımız bilirik, Türkiyədə nə baş verir. Azərbaycanda Gülən camaatının hansı mövqelərinin olduğunu demək olar ki, hamı bilir. Hakimiyyətin həmin mövqelərə necə nəzarət etməsi də aydındır. Bunların hamısını bildiyimiz üçün iki dövlət arasında ixtilaf yarana bilməz".

Sizin Reklam Yeriniz