Əlaqə Arxiv
news Image
2014.03.16
17:34
| A A A
Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq

Avropa İttifaqı (Aİ) Krımda keçirilən referendumun nəticələrini tanımayacaq.

 

APA TV-nin xəbərinə görə, bu barədə qurumun Ukrayna nümayəndəliyinin "facebook" səhifəsində yazılıb: "Bu referendum qeyri-konstitusiondur və orada Avropa İttifaqının heç bir müşahidəçisi yoxdur. Bu müddətdə Krımda olan və "referendum"a şərh verən Avropa İttifaqı vətəndaşları qurumu təmsil etmirlər".

 

Martın 16-da Krımda başlayan "referendum"un legitimliyini dünyada yalnız Rusiya, Suriya, Venesuela və Şimali Koreya tanıyıb.

 

Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer Rusiyanı Krım münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə çağırıb: "Əgər Rusiya son anda güzəştə getməzsə, biz, Avropa İttifaqı xarici siyasət idarələri rəhbərlərinin növbəti gün keçiriləcək iclasında lazımi cavab verəcəyik".

 

Sizin Reklam Yeriniz