Əlaqə Arxiv
news Image
2014.03.16
18:09
| A A A
Bel və boyun yırtığını əmələ gətirən səbəb
Daha çox iş masası və kompüterdə vaxt keçirənlərdə bel və boyun ağrıları olur.

Movqe.az xəbər verir ki, mütəxəssislərin fikrincə bədən şəklinə uyğun olmayan yastıqlar və yataqlar da bel-boyun ağrıları yaradır. Bu ağrıların səbəbi isəyük qaldırmaq, ani və səhv hərəkətlər, həddindən artıq çəkiyə sahib olmaq, fiziki döyüş növləri ilə məşğul olmaq vəbir çox səbəbdən meydana gəlir. Xronikiləşən bu ağrılar onurğada ciddi problemlər yaranmasına yol açır. Bu isəzamanla bel və boyun yırtıqlarına səbəb olur. Mütəxəssislər doğru yataq vəyastıq seçiminin bel, boyun sağlamlığı üçün əhəmiyyətli olduğunu  söyləyirlər. Onlar söyləyirlər ki,başın yatağa və yerə paralel olmasını təmin edən, çiyin-boyun boşluğunu tam dolduran, orta sərtlikdəyastıqlardan istifadə edilməlidir.

 

Araşdırmaçıların fikrincə yataq və yastıq seçimindəəlavə yatış forması da vacibdir. Belə ki, arxa üstəvə ya yan tərəfdə yatarkən, zəif şəxslərdə bel problemləri çox olur. Həmin problemlər bel yırtığına səbəb olduğundan üz üstə yatmaq məsləhət deyil. Üz üstə mövqe xaricində başqa cür yata bilməyən və incə fiquraya malik olan kəslər qarnının altına uyğun bir yastıq qoya bilərlər.

 

Məlumata görə Türkiyədə bel və boyun yırtığından əziyyət çəkən xəstələəllə müalicə (manipulyasiya) olunurlar. Müalicələr 3-5 gün fasilələrlə tətbiq edildikdə bel və boyun bölgəsinə əllərlə gərmə, çevirməvə basdırma kimi texnikalar tətbiq olunur.

 

Manipulyasiya təxminən 98% xəstənin yaxşılaşmağını təmin edib.

 

Sizin Reklam Yeriniz