Əlaqə Arxiv
news Image
2014.03.16
18:53
| A A A
Təbii antidepresant
Tədqiqatlara görə bəzi qidalar insanın psixoloji yaşamına təsir göstərir.

Movqe.az xəbər verir ki, xüsusi ilə tərkibi omega-3, fol turşusu, kompleks korbohidratlar və zülalla zəngin olan qidalar önəmlidir. Mütəxəssislərin fikrincə əhvalı yaxşılaşdırmaq üçün dərmanlardansa bu dörd antidepresant yaxşıdır.

 

Beyin və ürək sağlamlığı üçün olduqcaəhəmiyyətli olan Omega-3 yağ turşuları eyni zamanda depressiyanı önləməyəkömək edir. Ona daha çox  sardina, ton balığı, uskumru, somon balıqlarında rast gəlmək mümkündür. Mütəxəssislərin fikrincə balıq yeməyi xoşlamayanlar tərkibində Omega-3 olan kətan toxumu, qoz ləpəsi, ispanaq, soya paxlası, qurudulmuş nanə və qərənfil istifadə edə bilərlər.

 

Tərkibində fol turşusu olan yaşıl yarpaqlı tərəvəzlər, mərcimək, sitrus meyvələri, quşqonmaz bitkisi, taxıllı qidalar, günəbaxan, pomidor suyu və yumurta da depressiyaya yaxşı təsir göstərir.

Kompleks karbohidratlarla zəngin olan qidalar bədəndə serotonin hormonunun ifraz olunmasına kömək olur. Bu qidalar uzun müddət toxluq hissi verərək gün boyu enerjinin yüksək olmasını təmin edir. Yarma, kəpəkli düyü, makaron, tam taxıllı çörəklər və tərəvəzlər də depresiya önləyici kimi çox faydalıdır.

 

Mütəxəssislər fikrincə bədəndəki enerjinin 15%-i xaricdən alınan zülallardan təmin edilir. Bu səbəbdən zülal tərkibli qidalanmaq gün ərzində enerjini artırmaqla, aclıq hissinin qarşısını alır. Zülallara ağ və qırmızı ətdə, süd və süd məhsullarında, çərəzlərdə, yumurtada, brokoli və ispanaqda rast gəlmək olar.

 

Sizin Reklam Yeriniz