Əlaqə Arxiv
news Image
2014.03.17
11:04
| A A A
28 ölkədən Rusiyaya "Krım sanksiyaları"

Avropa Birliyi Xarici İşlər Nazirləri Krımda Moskvanın xeyrinə nəticələnən referendumun nəticələrinin müzakirəsinə başlayıb. Bu haqda Movqe.Az BBC-yə istinad edir.  28 üzv ölkə Rusiyalı rəsmilərin mülklərinin hesab nömrələrini dondurmağı və visa qadağaları qoymağı nəzərdə tutub. Yerli rəsmilərin sözlərinə görə, təxminən 95 faiz Krımlı Rusiyanın tərkibinı keçməyə qərar verib. Avropa Birliyi və ABŞ Krımdakı seçki nəticələrini qanunsuz adlandırıb. Onlar bunu hələ fevral ayından Rusiyanın Krımdakı nəzarəti ələ almasıyla əlaqələndirirlər. 

Amerika Birləşmiş Ştatları və Avropa Birliyi, referendumun reallaşması halında Rus səlahiyyətliləinə sanksiya tətbiq edəcəyini açıqlamışdı. 

ABŞ və Avropa Birliyinin dəstəyinə sahib olan Ukrayna Hökuməti də referendumu qeyri-qanuni elan etmişdi. 

 Kreml rəsmiləri isə Krımdakı rus qoşununu hələki fəaliyyətə salmayıb, silahlı qoşunu "Krımın özünü-müdafiə qoşunu" adlandırıb.  Ukrayna Parlamenti, Krım Bölgələr Məclisini də lağv etmişti. 

Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın "Krım xalqının iradəsinə hörmət göstərəcəyini" söyləyib. 

Krım 1954-cü ilə qədər Rusiyanın bir hissəsi idi. Rusiyanın Qara dəniz donanması da Krımda yerləşir.

 

Sizin Reklam Yeriniz