Əlaqə Arxiv
news Image
2014.03.17
14:05
| A A A
İritonnajlı nəqliyyat vasitələri üçün yeni qaydalar

Azərbaycanda iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar qəbul olunub.

Nəqliyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası", "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri" və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında qərarına müvafiq dəyişikliklər edilənə qədər respublika daxili yükdaşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi Nəqliyyat Nazirliyi ilə razılaşdırılıb.

 

Bununla bağlı müəyyən edilən hədlərə əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək (pnevmatik avadanlıqla təchiz olunmuş avtonəqliyyat vasitəsi ilə 27 tonadək), dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib.

 

Xatırladaq ki, martın 14-dən etibarən Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasına nəzarəti gücləndirib. Hər iki nazirlik yeni qərarla əlaqədar sürücüləri diqqətli olmağa çağırır.


Sizin Reklam Yeriniz