Əlaqə Arxiv
news Image
2014.03.17
15:34
| A A A
Bakıda qumarxana aşkarlanıb

Bakının Səbail rayonunun ərazisindəki "Ankara" kafesində qanunsuz qumarxana aşkarlanıb. Movqe.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin "online" sistemilə qumarxana təşkil etmələri müəyyən edilib. Kafeyə baxış zamanı 1 ədəd "online" qumar oyun proqramı yazılan noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülüb. Qeyd edək ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz