Əlaqə Arxiv
news Image
2014.03.17
17:52
| A A A
Qalib jurnalistlər mükafatlandırıldı
"2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi"nin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

Bu gün "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi"nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli öncı tədbir iştirakçılarını Noruz Bayramı münasibəti ilə təbrik etdi. Müsabiqə barədə geniş məlumat verən Vüqar Səfərli bildirdi: "Hər il olduğu kimi, bu il də xalqımızın həyatında xüsusi yeri olan Novruz Bayramımünasibətilə media təmsilçiləri arasında fərdi jurnalist yazıları müsabiqəsi keçirilib. Müsabiqəyə ümumilikdə 96yazı təqdim olunub.Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 10müsabiqə iştirakçısı həvəsləndirici mükafatalayiq gö

rülüb".

Vüqar Səfərli onu da bildirib ki, müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu və 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə təşəkkürnamə və 300 manat məbləğində mükafat verilir.

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələr şöbəsinin müdiri Əli Həsənov öncə jurnalist əməyi barədə danışıb: "Hər bir cəmiyyətin qaymağı yaradıcı insanlar hesab olunur. Yaradıcı insanlar arasında isə jurnalistlər ən aktiv təbəqədir. Onların əməyini ulu öndər Heydər Əliyev hər zaman yüksək qiymətləndirib. Jurnalist əməyinin fədakar əmək adlandırıb".
Əli Həsənov onu da bildirdi ki, Azərbaycan jurnalistika tarixində iki şəxsin fəaliyyəti xüsusi qeyd olunmalıdır: "Onlardan biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycan mətbuatının əsasını qoyub. Digər şəxs isə ümummilli lider Heydər Əliyevdir. Məhz ulu öndər jurnalistika üzərində bütün təsir mexanizmlərini yığışdırdı, senzuranı ləğv etdi. Bu gün isə Azərbaycan prezidenti cənab İlham Əliyev jurnalistlərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderin mediaya göstərdiyi diqqət və qayğı cənab prezident tərəfindən davam etdirilir. Jurnalistlərin sosil problemlərinin həlli, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Mətbu orqanlara layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Elə fərdi jurnalist müsabiqəsi də bu qayğının bir nümunəsidir".

Əli Həsənov onu da qeyd etdi ki, fərdi jurnalist müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır: "Əvvəllər müsabiqəyə qəzet redaksiyalarında çalışan jurnalistlər qatılırdısa, indi informasiya agentliklərində, müxtəlif internet saytlarında çalışan jurnaslitlər də iştirak edirlər".

Daha sonra qalib jurnalistlər mükafatlandırıldı. Bununla əlaqədar çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov əvvəlcə qalib jurnalisləri təbrik etdi: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqəyə təqdim olunan yazıların sayı get-gedə artır. O da xüsusi qeyd edilməlidir ki, müsabiqəyə təqdim olunan yazılar keyfiyyət baxımından da yaxşılaşır. Digər tərəfdən kəmiyyət baxımından da irəliləyiş qeydə alınıb. Əvvəllər fərdi jurnaslit müsabiqəsi yazısına 40-45 yazı təqdim olunurdusa, artıq belə yazıların sayı 100-ə çatır. Yəni, həm keyfiyyət, həm də kəmiyyət baxımından yazılarda irəliləyişlər var. Əhatə baxımından da eyni sözləri demək olar. Belə ki, fərdi jurnaslit yazıları müsabiqələrinə artıq 60-a qədər redaksiya qatılır".

Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bəddi hissəsi başlandı. İştirakçılar arasında Novruz Bayramına xas-xüsusiyyətlərdən biri olan yumurta döyüşü keçirildi və qalibə noutbuk təqdim olundu. Tədbirin bədii hissəsi tanınmış müsiqiçilərin iştirakı ilə davam etdirildi.









Sizin Reklam Yeriniz