BSU-ya yeni rektor təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev Asif Hacıyevin Bakı Slavyan
Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam
imzalayıb.Sərəncamda qeyd olunur ki, Asif Abbas oğlu Hacıyev Bakı
Slavyan Universitetinin rektoru təyin edilsin.Qeyd edək ki, Asif
Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının
Sarvan şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı
orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirib.1982-1986-cı illərdə
Cəmşid Naxçıvanski adına hərbi litseydə taqım komandiri işləyib,
Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.1986-cı
ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc
alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.Rus
ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci
ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın
professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus
ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və
metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar
aparır.1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq
dissertasiyalarını müdafiə edib.2000-ci ilin may ayından Bakı
Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində
çalışıb.