8 yaşlı oğlan dəm qazından zəhərləndi
8 yaşlı oğlan dəm qazından zəhərlənib.əncə şəhər Baş Polis
İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov
küçəsində qeydə alınıb. ANS PRESS-in verdiyi məlumata görə, Gəncə
şəhər sakini, 2006-cı il təvəllüdlü Alıyev Fateh yaşadığı evdə dəm
qazında olan kəskin ətirdən zəhərlənib. O, valideyinləri tərəfindən
xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə,
hazırda onun vəziyəti normaldır.Gəncə şəhər Qaz İstismar Sahəsinin
baş mühəndisi Subay Nəsibovun verdiyi məlumata görə, maye qaza ətir
verməsi üçün vurulan "Aderant" maddəsi zəhərli deyil və miqdarından
artıq vurulmayıb. Belə ki, hər 1000 kuba 16 qram "Aderant" vurulub
və bu işdə xüsüsi aparat vasitəsi ilə görüldüyü üçün nəzərdə
tutulan miqdardan artıq ola bilməz. Qış aylarında 16, yay aylarında
isə 8 qram "Aderant" maddesi vurulur. S.Nəsibov onu da bildirdi ki,
əgər mənzildə bu ətir kəskin hiss olunursa, deməli qaz xəttində
sızma var və vətandaşlar dərhal 104 nömrəsinə zəng vuraraq məlumat
versinlər.
Qeyd edək ki, maye qazın kəskin ətiri açıq havadada hiss olunur.
Qeyd edək ki, maye qazın kəskin ətiri açıq havadada hiss olunur.