Əlaqə Arxiv
news Image
2014.03.18
10:10
| A A A
Bakıda avtobus minik maşını ilə toqquşdu

Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub

Bakıda minik avtomobili ilə avtobus toqquşub.


FHN-in saytında verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. 


Sizin Reklam Yeriniz