Əlaqə Arxiv
news Image
2014.03.18
10:45
| A A A
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Sabir Vəliyev və Çingiz Fərəcov işdən çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyinin iki şöbə müdiri işdən çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Sizin Reklam Yeriniz