Əlaqə Arxiv
news Image
2014.03.18
12:13
| A A A
Metroda söküntülərə tez başlanmasına aydınlıq gətirildi
"Metrodakı ticarət obyektlərinin sökülməsi, yığışdırılması vaxt itkisi idi. Hamı istəyirdi ki, bayram günlərində alternativ ticarət mərkəzlərində yerləşərək, ticarətlə məşğul olsun. Bu baxımdan hamı obyektini boşaldırdı".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev deyib. R. Hacıyev bildirib ki, metrodakı ticarət obyektlərinin 27-dək sökülməsi ilə bağlı göstəriş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdə verilib. Onun sözlərinə görə, heç kimin obyekti məcburən və ya içində mal olduğu halda sökülməyib: "Biz yalnız boşalan obyektləri sökmüşük. Biz dükan sahiblərinin heç birinə "buranı boşaldın" deməmişik. Onların özlərinin bu barədə məlumatı vardı. Biz söküntüyə nəzarət edirdik. Kim ki, boşaldırdı, onun dükanı sökülürdü".
Xatırladaq ki, metrodakı ticarət obyektlərinin söküntüsünə 27-dən başlanacağı bildirilsə də, sonra bu qərar dəyişib.


Sizin Reklam Yeriniz