Əlaqə Arxiv
news Image
2014.03.18
13:01
| A A A
Çağırışçılar bir SMS-lə harada xidmət edəcəklərini biləcəklər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaxın vaxtlarda hərbi xidmətə çağırış sistemində daha bir yenilik tətbiq etməyə hazırlaşır.  APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, SHXÇDX hərbi xidmətə çağırışla bağlı SMS məlumatlandırma xidməti tətbiq edəcək. Yeni xidmət tətbiq olunduqdan sonra vətəndaşlar təyin olunmuş nömrəyə SMS sorğusu göndərməklə hansı hərbi hissədə xidmət edəcəklərini öyrənə biləcəklər. Qeyd edək ki, hazırda çağırışçılar SHXÇDX-nin rəsmi İnternet saytı üzərindən özləri haqda məlumatı daxil etməklə xidmət edəcəkləri hərbi hissə barədə məlumat əldə edə bilirlər.  Ümumilikdə SHXÇDX tərəfindən vətəndaşlara 5 elektron xidmət göstərilir.
Sizin Reklam Yeriniz