Əlaqə Arxiv
news Image
2014.03.19
09:55
| A A A
Bakıdan ABŞ-a birbaşa təyyarə reysi açılır
2014-cü ilin sonunadək Azərbaycan və ABŞ arasında birbaşa aviasiya əlaqəsi açılacaq. 

Movqe.az Modern.az-a  istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar Amerikanın Səsinin sualına cavabda bildirib.Onun sözlərinə görə, uçuşların başlaması üçün bəzi texniki məsələlər, xüsusən uçuşların təhlükəsizliyi məsələləri həll edilməlidir və ilin sonuna qədər bu işlərin yekunlaşdırılacağı gözlənilir. Səfir xatırladıb ki, martın əvvəllərində ABŞ Federal Mülki Aviasiya İdarəsi Azərbaycana beynəlxalq aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə verib. Bu, Azərbaycanın aviasiya şirkətlərinin ABŞ-a birbaşa uçuşlar həyata keçirməsinə imkan verəcək və iki ölkə arasında turizmin və ticarətin inkişafına şərait yaradacaq.

Sizin Reklam Yeriniz