Əlaqə Arxiv
news Image
2014.03.19
10:10
| A A A
Metroda törədilmiş terror aktından 20 il keçir
Movqe.az xəbər verir ki, 1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Məhkəmə metro stansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib."Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Ancaq terrorçular məqsədlərinə axıra qədər nail ola bilməyiblər."20 Yanvar" metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.Onu da bildirək ki, terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
Sizin Reklam Yeriniz