Əlaqə Arxiv
news Image
2014.03.19
10:20
| A A A
Azərbaycanda məhkumlar azadlıqda

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində saxlanılan məhkum yeniyetmələrdən 3 nəfəri şəhər gəzintisində olub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, yeniyetmələr - Ramazanov Amin Ramazan oğlu, Məmmədov Tərlan Faiq oğlu və Nəcəfov Nihad Füzuli oğlu gəzintidən əvvəl Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sizin Reklam Yeriniz