Jurnalistlərin binasında ilaxır çərşənbəsi
Martın 18-də Azərbaycanın hər yerində Novruz bayramının gəlişini
bildirən sonuncu - torpaq çərşənbəsi qeyd edildi. Novruz bayramını
ilk dəfə öz şəxsi mənzillərində qarşılamağa hazırlaşan jurnalistlər
də Bakının Bibiheybət qəsəbəsindəki evlərinin qarşısında tonqal
qalayıb, ilaxır çərşənbəni yola saldılar. Movqe.az
Modern.az saytına istinadən jurnalist binasının qarşısındakı
şən əhval-ruhiyyəni əks etdirən mərasimdən fotoları təqdim
edir.


