Əlaqə Arxiv
news Image
2014.03.19
13:30
| A A A
Şagirdlərin çoxu buraxılış imtahanında iki alıb

Azərbaycanda 2013-2014-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 1449 nəfəri "Ana dili", 2258 nəfəri "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb. Bu barədə Movqe.az-aTələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.Onun sözlərinə görə, martın 16-da keçirilmiş buraxılış imtahanında iştirak etmiş 4248 şagirdin 2720-si "Ana dilindən, 1911-i "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb. Buraxılış imtahanında çox az sayda şagird "dörd" və "beş" qiyməti alıb. İmtahanda iştirak edən şagirdlərin 76-sı "Ana dilindən, 78-i "Riyaziyyat" fənnindən "dörd" qiyməti alıb. Şagirdlərin yalnız 3-ü "Ana dilindən, 1-i "Riyaziyyat" fənnindən "beş" alıb. E.Nağızadə deyib ki, peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında "Ana dili" və "Riyaziyyat" fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Buraxılış imtahanı verən şagirdlər "Ana dili" və "Riyaziyyat" fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə "iki", "Ana dili"ndən 8-17, "Riyaziyyat"dan 8-16 suala düzgün cavab verdikdə "üç", "Ana dili"ndən 18-25, "Riyaziyyat"dan 17-24 suala düzgün cavab verdikdə "dörd", "Ana dili"ndən 26-30, "Riyaziyyat"dan 25-30 suala düzgün cavab verdikdə "beş" qiyməti alıblar. Qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 4389 şagirddən 134 nəfəri imtahana gəlməyib. 7 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv edilib.

Sizin Reklam Yeriniz