Əlaqə Arxiv
news Image
2014.03.19
16:36
| A A A
Təhsil Nazirliyindən xaricdə təhsil alan tələbələrə yeni xəbər

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları"na edilən bir sıra dəyişikliklərə münasibət açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, əvvəlki illərdə Dövlət Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay üzrə təqaüd ödənilmirdi. Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə günlərin sayına vurmaqla müəyyən ediləcək. Bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək. 

Qeyd edək ki, təhsil alan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçiriləcək.

Sizin Reklam Yeriniz