Əlaqə Arxiv
news Image
2014.03.19
17:50
| A A A
İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq"
Prezident Azərbaycanın öz suverenliyini bərpa edəcəyininə əmin olduğunu deyib "Azərbaycan öz ərazi bütövlüyü, öz suverenleyini bərpa edəcək". Bunu bu gün Bakıda keçirilən Novruz bayramı ilə bağlı tədbirdə iştirak edən və bayram tonqalını alovlandıran prezident İlham Əliyev deyib. 

Dövlət başçısı azərbaycanlıların Dağlıq Qarabağa, digər işğal edilmiş torpaqlara və bütün tarixi torpaqlara qayıdacağını deyib. "Mən buna əminəm. Şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

Qeyd edək ki, Novruz tədbirləri İçərişəhərdə və Milli parkda təşkil edilib. Dövlət başçısını və xanımı Mehriban Əliyevanı Milli Parkda Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.


Sizin Reklam Yeriniz