Əlaqə Arxiv
news Image
2014.03.19
20:04
| A A A
Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı
Azərbaycanda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən (həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün) internet vasitəsi ilə ərizələrinin qəbulunun vaxtı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq. Qeyd edək ki, ərizə qəbulu haqqında elanın tam mətni "Abituriyent" jurnalının 2-ci nömrəsində dərc edilərək təqdim olunacaq.
Sizin Reklam Yeriniz