Əlaqə Arxiv
news Image
2014.03.20
09:45
| A A A
Rasmussen: “NATO-nun Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planları dəyişməz qalır”

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, alyansın Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi planları dəyişməz qalır.


Bu barədə Movqe.az  "Interfks" agentliyinə istinadən məlumat verir. "Raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilmə müddətinə dəyişikliklər edilməyəcək. O cümlədən Rumıniya və Polşada. Proses tam olaraq 2018-ci ildə başa çatacaq", - Rasmussen şəxsi bloqunda yazıb.

 

NATO-nun baş katibi Rusiyanı Şərqi Avropada vəziyyəti gərginləşdirməkdə ittiham edib. "Əgər regiona nəzər yetirsəniz, orada Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı dondurulmuş münaqişələri görəcəksiniz" - Rasmussen qeyd edib.  


Sizin Reklam Yeriniz