Əlaqə Arxiv
news Image
2014.03.20
10:20
| A A A
İtkin sərnişin təyyarəsi tapldı - SON DƏQİQƏ

8 Martdan bəri 239 sərnişini ilə itkin düşmüş Malayziya sərnişin təyyarəsiin  tapıldığı iddia olunur.

 

 

 Movqe.Az  xarici mediaya istinadən xəbər verir ki, Avstraliya baş naziri Toni Abbott, Hind Okeanının cənubuna aid peyk fotoşəkillərdə itkin Malayziya sərnişin təyyarəsinin parçası ola biləcək 2 obyektin göründüyünü, hadisə yerinə araşdırma təyyarələri göndərildiyini açıqlayıb.

 

Parlamentdə danışan Abbott deyib: " Hind Okeanından Malayziya Hava yollarının MH370 nömrəli uçuşuyla əlaqədar olaraq yeni və etibarlı məlumatlar gəldi. Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatına itkin təyyarəyə aid ola biləcək  peyk fotoşəkilləri çatıb. Mütəxəssislərin analizlərində, 2 obyekt təsbit edilib" . 4 araşdırma təyyarəsinin hadisə yerinə göndərildiyini deyən  Abbott, malayziyalı həmkarı  Nəcib Rezakla da mövzunu görüşdüklərini dilə gətirib. Abbott deyib ki, bu obyektlərin yerlərinin tapılması  çox çətindir.

 

Malayziya rəsmilərsə  təyyarənin Maldiv adalarında göründüyü barədə iddiaları təkzib edib. Pilotun evində olan uçuş simulyatorundan bəzi məlumatların silindiyi də ortaya çıxıb. Silinən bu məlumatları bərpa etməyə çalışırlar. Kuala Lumpur - Pekin səfərini yerinə yetirən sərnişin təyyarəsi  26 ölkə tərəfindən axtarılır.

Sizin Reklam Yeriniz