Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri mayın
əvvəllərində Tbilisidə görüşəcəklər. Turan agentliyinin məlumatına
görə, bu barədə martın 19-da Gürcüstanın xarici işlər naziri Mayya
Pancikidze jurnalistlərə bildirib.
"Bundan əvvəl üç ölkə nümayəndələrinin iqtisadiyyat və xarici
işlər nazirlərinin görüşləri keçirilib, indi isə prezidentlər
səviyyəsində üçtərəfli formatda görüşün təşkili haqqında qərar
qəbul edilib", deyə o bildirib.
Görüşün gündəliyi və dəqiq tarixi üç ölkənin dövlət başçılarının və
xarici işlər nazirləri nümayəndələrinin məsləhətləşmələri
zamanı müəyyən ediləcək.
Bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilib, burada Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüblər. Görüşdə üç ölkə arasında qarşılıqlı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilib.