Tahir Salahov və qızı Kremlin Krım siyasətini dəstəkləmədi
Ukrayna və Krım məsələsində Putinin mövqeyini dəstəkləyən mədəniyyət xadimləri siyahısından azərbaycanlı rəssam Tahir Salahov və qızı Aydan Salahovanın adı çıxarılıb.
İlkin olaraq mədəniyyət xadimlərinin mövqeyi barədə Rusiya Mədəniyyət Nazirliyinin saytında 514 nəfərin imzası ilə müraciət yerləşdirilib. Amma martın 14-də Aydan Salahova "Facebook" səhifəsində belə bir müraciətə imza atmadığını bildirib. Martın 17-də isə o, bir daha imzasının sözügedən müraciətin altına necə düşməsini araşdırmağa çalışıb. Beləliklə, Aydan Salahovanın adı siyahıdan çıxarılıb.
Siyahıdan həm də Tahir Salahovun və memar Yuri Qnedovskinin adı çıxarılıb.