Əlaqə Arxiv
news Image
2014.03.20
13:46
| A A A
MTN Yevlaxdaəməliyyat keçirdi

Yevlaxda avtomat və güllələr aşkar edilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayonunun Hacıselli kəndi ərazisində bir ədəd "AKSU" markalı, 5,45 kalibrli Kalaşnikov avtomatı, ona məxsus bir ədəd sandıqça və 30 ədəd güllə aşkar edilərək götürülüb. Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz