Türk polisi Günay Musayevanı qovdu
"Survivor" yarışmasında iştirak etmək üçün
Dominikanda olan Tolqa Karelin arvadı, azərbaycanlı model Günay
Musayeva polisləri əməlli-başlı işə salıb. Bu haqda Movqe.Az
ANSPRESS-ə istinad edir. Günay Musayeva Nişandaşında yerləşən
"Ses" Barında gecə keçirib. Bara iki kişi dostu ilə gələn Günay
Musayeva mühafizəçilərinə "Burda jurnalistlər var?", - deyə
soruşub. Yaxınlıqda jurnalist olmadığını öyrənən Günay Musayeva
dostları ilə birlikdə bara girib. Barda səhərə qədər dostları
ilə əylənən Günay Musayeva sonradan ordan çıxıb. Bardan çıxarkən
tanınmış modelin yanında iki qadın rəfiqəsi də olub. Onlar
avtomobilə minərək ərazidən uzaqlaşıblar. Barda əylənən Günay
Musayeva və rəfiqələrinin kefinə isə polis maşını yoxlama aparan
zaman "soğan doğranıb". Polisin "saxla" əmrinə tabe olmayan Günay
Musayeva və rəfiqələri hüquq-mühafizə orqanları əməkdaşları
tərəfindən maşınla qovulmağa başlanıb. İki polis maşınları
tərəfindən sıxışdırılan Günay Musayevanın olduğu maşın saxlanılıb.
Polis məmurlarına jurnalistlərdən şikayət edən qadınlardan biri,
avtomobildə Tolqa Karelin arvadının olduğunu bildirib.
"Jurnalistlər bizi çəkməsin deyə maşını saxlamadıq" deyən
xanımların sonradan möhkəm sərxoş olduqları məlum olub.
Vəziyyəti səssizliklə izləyən Günay Musayeva isə sualları cavabsız
qoyaraq, əllərilə üzünü tutub. Polis avtomobili sərxoş qadınlardan
alıb. Qadınlar və Günay Musayeva polis əməkdaşları tərəfindən evə
ötürülüb. Tolqa Karellə aralarında dava-dalaş səngiməyən Günay
Musayeva bu dəfə də həyat yoldaşını saymayıb. Çünki bir müddət
əvvəl Tolqa Karel arvadına gecə gəzintilərinə son qoymağı
tapşırmışdı. Qeyd edək ki, podiuma çıxmazdan bir gün əvvəl Günayın
qapısına məhkəmə icraçıları gəliblər. Əmlakın müsadirəsi üzrə
məhkəmə məmurları hal-hazırda "Survivor" yarışmasında iştirak edən
Tolqa Karelin Bəylərbəyindəki evinə gəliblər. Kareldən boşanacağı
iddia edilən Musayeva sərt reaksiya verib. "Bu borcdan xəbərim
yoxdur. Tolqa burada deyil. O, "Survivor" üçün Dominikandadır. Nə
üçün 10 illik borc üçün indi gəlirsiniz?"