Əlaqə Arxiv
news Image
2014.03.21
12:28
| A A A
Brüsseldə “Azərbaycan cazı” gecəsi

Martın 19-da azərbaycanlı caz ustası və bəstəkarı Əminə Fiqarova Brüsseldə konsert proqramı ilə çıxış edib.

Movqe.az Eunews.az-a istinadən xəbər verir ki, gecə boyu Əminə xanım öz repertuarından yeni və köhnə bəstələri seksteti ilə birgə özünəməxsus üslubda ifa edərək zalı dolduran caz həvəskarlarına zövqlü bir tamaşa bəxş edə bilib. Gecənin proqramında onun son albomu olan "Twelve"-dən parçalar üstünlük təşkil edirdi.

 

 

 "Gecədə Azərbaycan cazı ifa edəcəksinizmi" sualına o, belə cavab verib: "Mən təmiz azərbaycanlı bəstəkaram və mənim bəstələdiyim hər bir parça Azərbaycan cazı hesab olunmalıdır". "Hər kəs düşünür ki, azərbaycan cazı özündə mütləq muğam elementləri daşımalıdır, ancaq muğamla cazı sintez etmək üçün, muğamı dərindən bilmək lazımdır. Muğamı bilmədən onu cazla sintez etmək sadəcə Azərbaycan mədəniyyətinə hörmətsizlikdir", - deyə xanım Fiqarova əlavə edib. Əminə Fiqarova həmçinin öz bəstələrində azəri ritmlərindən istifadə etdiyini də vurğulayıb.

Sizin Reklam Yeriniz