Rusiyadan qərbə cavab
Rusiya qərbin sanksiyasına adekvat cavab hazırlayır. ANS PRESS-in
məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini
Qriqori Karasin söyləyib. O bildirib ki, Rusiya sanksiyalara əks
cavab barəsində düşünür:"Rusiya indi qərbə adekvat cavabın üzərində
düşünür. Diplomatik və siyasi təcrübədə "əks qarşılıq" deyə anlayış
mövcuddur. Bizim cavabımız adekvat olmalıdır. Mən gizlətməyəcəyəm.
Biz indi bunun üzərində düşünürük".
Qeyd edək ki, bir müddət öncə ABŞ yüksək vəzifəli Rusiya siyasətçiləri barəsində sanksiyalar tətbiq etmək barədə qərar verib. Amerika siyahısına 20 Rusiya məmuru, biznesmen və parlament üzvləri daxil edilib. Bundan başqa, "Rusiya" bankı da sanksiyalardan yayınmayıb.
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də Ukraynanın ərazisinin parçalanmasında günahkar hesab edilən Rusiya və Ukrayna rəsmi şəxsləri barəsində sanksiyaların tətbiqi haqqında razılığa gəliblər. Bundan əlavə Birlik ölkələri iyun ayında Soçidə keçirilməli olan Avropa Birliyi- Rusiya sammmitinin də ləğv olunmasına nail olublar.