Əlaqə Arxiv
news Image
2014.03.21
16:19
| A A A
Səfir: "Azərbaycanda cəza çəkən 11 İran vətəndaşı ölkəsinə təhvil verilib"

Azərbaycanda cəza çəkən 11 İran vətəndaşı bu ölkəyə təhvil verilib. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya bildirib ki, proses İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub.


Məhbuslar bu gün Azərbaycan-İran sərhədində İran tərəfinə təhvil verilib.

 

  Bu yaxınlarda Azərbaycanda həbsdə olan bir neçə İran vətəndaşları öz ölkəsinə qaytarılacaq.

 

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomatik missiyanın konsulu Möhsün Molayi dünən 11 nömrəli həbsxanaya ziyarət edərək, orada saxlanılan İran vətəndaşları ilə görüşüb.

 

M.Molayi bildirib ki, saxlanılan şəxslərlə əsas narahat edən məqamı ondan ibarətdir ki, saxlanılanların qohumlara Azərbaycana gəlməsi və onlarla görüşməsi maddi cəhətdən çətindir. Konsul həmçinin əlavə edib ki, həbsdə saxlanılan şəxslər özləri bildiriblər ki, cəzasının qalan hissəsini İranda çəkmək istəyirlər.

 

Konsulun sözlərinə görə, Novruz bayramı günləri ərzində bir neçə həbsdə olan Iran vətəndaşı ölkəsinə qaytarılacaq.

 

M.Molayi həbsdə olan digər iranlıların da öz ölkəsinə qaytarılacağına ümidvar olduğunu bildirib.

 

Konsul bildirib ki, hazırda Azərbaycan həbsxanalarında təqribən 210 İran vətəndaşı saxlanılır. Onların çoxu narkotiklərin satışı və daşımasına görə həbs olunub.

Sizin Reklam Yeriniz