Əlaqə Arxiv
news Image
2014.03.22
10:53
| A A A
Tanınmış aparıcının beyninə qan sızıb, durumu ağırdır

Türkiyənin tanınmış aktyoru və "Kim milyonçu olmaq istəyər" şousunun aparıcısı Kənan İşıkın beyninə qan sızıb. Təcili olaraq xəstəxanaya çatdırılan İşık əməliyyat olunub. Məlumata görə, 67 yaşlı Kənan İşıkın əməliyyatı 4 saat davam edib. 

 

 

Aktyorun çatdırıldığı "Amerikan" xəstəxanası İşıkın vəziyyəti barədə yazılı açıqlama yayıb. Açıqlamada, reanimasiya şöbəsində olan aktyorun həyatı üçün təhlükənin davam etdiyi bildirilib. 

 

"Saat 14.29-da huşsuz vəziyyətdə xəstəxanamızın təcili yardım şöbəsinə gətirilib. Beyninə qan sızdığı müəyyən edilərək dərhal əməliyyat olunub. Həyatı üçün təhlükənin davam etdiyi aktyorun müalicəsi reanimasiya şöbəsində davam edir". 

 

Qeyd edək ki, ötən gün aktyor Kənan İşık getdiyi saunalardan birində müvazinətini itirərək yıxılıb və başından aldığı travma nəticəsində beyninə qan sızıb.

Sizin Reklam Yeriniz