Avstraliya rəsmisi deyib ki, cümə axşamı peykdən görünən və Malayziya təyyarəsinə məxsus ola biləcəyi deyilən əşyaların batdığı güman edilir. Publika az "Röyters"ə istinadən xəbər verir ki, bununla belə, Hind Okeanının cənubunda yoxa çıxan Malayziya təyyarəsinin beynəlxalq axtarışi davam edir.
239 sərnişin daşıyan MH370 reysli təyyarənin qırıntılarının axtarışında beş hərbi və mülki təyyarə iştirak edir.Cümə axşamı yayılan peyk görüntüləri Perth şəhərindən 2 500 km məsafədəki ərazidə təyyarəyə məxsus ola biləcək iki əşyanı göstərişdi.Pis hava cümə axşamı başladılan axtarışa maneə olub.
"Yəqin ki, yer üzündə ən əlçatmaz yerdir, amma orda nəsə varsa onu tapacağıq", hazırda Papua Yeni Qvineyada səfərdə olan Avstraliyanın baş naziri Tony Abbott deyib.
Kuala Lumpurdan Pekinə gedərkən Malaysia Airlines Hava Yollarına məxsus təyyarənin hava nəqliyyatı nəzarətçiləri ilə əlaqəsi itib.
Təyyarənin axtarışına 26 ölkə qatılıb. Malayziya deyir ki, təyyarə qəsdən başqa istiqamətə yönəldilib.
Müstəntiqlər həm ekipaj üzvləri, həm də sərnişinlər barədə məlumatları tədqiq edib, amma hələ ki, terror əlaqələri və ya digər səbəblərə işarə edə bilən məlumat tapılmayıb.
2014-03-20 10:13:33
8 Martdan bəri 239 sərnişini ilə itkin düşmüş Malayziya sərnişin təyyarəsiin tapıldığı iddia olunur.
Movqe.Az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya baş naziri Toni Abbott, Hind Okeanının cənubuna aid peyk fotoşəkillərdə itkin Malayziya sərnişin təyyarəsinin parçası ola biləcək 2 obyektin göründüyünü, hadisə yerinə araşdırma təyyarələri göndərildiyini açıqlayıb.
Parlamentdə danışan Abbott deyib: "Hind Okeanından Malayziya Hava yollarının MH370 nömrəli uçuşuyla əlaqədar olaraq yeni və etibarlı məlumatlar gəldi. Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatına itkin təyyarəyə aid ola biləcək peyk fotoşəkilləri çatıb. Mütəxəssislərin analizlərində, 2 obyekt təsbit edilib" . 4 araşdırma təyyarəsinin hadisə yerinə göndərildiyini deyən Abbott, malayziyalı həmkarı Nəcib Rezakla da mövzunu görüşdüklərini dilə gətirib. Abbott deyib ki, bu obyektlərin yerlərinin tapılması çox çətindir.
Malayziya rəsmilərsə təyyarənin Maldiv adalarında göründüyü barədə iddiaları təkzib edib. Pilotun evində olan uçuş simulyatorundan bəzi məlumatların silindiyi də ortaya çıxıb. Silinən bu məlumatları bərpa etməyə çalışırlar. Kuala Lumpur - Pekin səfərini yerinə yetirən sərnişin təyyarəsi 26 ölkə tərəfindən axtarılır.