Əlaqə Arxiv
news Image
2014.03.22
13:17
| A A A
"Putinin zəif yeri puldur"

"Ukrayna münaqişəsi zamanı ABŞ prezidenti Barak Obamanın silahlı qüvvələrdən istifadə etməyəcəyi ilə bağlı verdiyi qərar səhv idi".



Bunu rusiyalı müxalifətçi, şahmatçısı Harri Kasparov bəyan edib.



Kasparov qərb ölkələrini və ABŞ-ı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasətini dəstəkləyən elit təbəqəyə qarşı sanksiyaları daha da ağırlaşdırmağa çağırıb.


"Obama Ukraynanın müdafiəsi üçün qoşun göndərməyəcəyini bəyan etməklə səhvini təkrarladı. O, böyük ehtimalla fikirləşib ki, qoşun göndərməməklə Ukrayna gərginliyini azalda bilər. Obamanın sülh jestini Putin zəiflik əlaməti kimi qəbul edir. Putinə görə, onun opponenti könüllü olaraq əsas arqumentindən – ordunun istifadəsindən imtina etdi", - Kasparov bildirib.



Onun sözlərinə görə, Putin ciddi təhdidlə qarşılaşmasa, geriyə addım atmayacaq. Kasparov hesab edir ki, sanksiyalar birbaşa Putinə və ya onun hakimiyyətinə qarşı tətbiq edilməlidir: "Bu, Putini narahat edən yeganə variantdır. Çünki o, hakimiyyəti itirməkdən qorxur. Putinin, onun hakmiyyətdəki tərəfdaşlarının, onu dəstəkləyən milyarderlərin və onların ailə üzvlərinin ölkə xaricindəki bank hesabları izlənməlidir. Onlar xaricdə gizlətdikləri pulları ilə hakimiyyətdə qalmağı bacarırlar", - Kasparov qeyd edib.

Sizin Reklam Yeriniz