Əlaqə Arxiv
news Image
2014.03.22
13:19
| A A A
Ərdoğan karikaturaçıların hədəfində - FOTOLAR

Ötən gün gecə satlarında Türkiyədə məhkəmə qərarı ilə dünyanın ən böyük sosial şəbəkəsi Twitterə girişin məhdudlaşdırılması ilə ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan tənqid hədəfi oldu. Buna səbəb isə məhkəmə qərarının icrasından əvvəl baş nazirin Bursa şəhərində keçirdiyi mitinqdə sərf etdiyi sözlər olmuşdu. Ərdoğan mitinqdə çıxışı zamanı "tvitteri, mvitteri bağlayacağıq" – demişdi.

 

Qərarın icrasına baxmayaraq insanlar bəzi yollarla Twitterə girməyə və burdan öz etirazlarını yazmağa müvəffəq olmuşdular.

 

Bu istiqamətdə ən qəribə addımı isə ölkə prezidenti Abdullah Gül atdı. Gül sosial şəbəkəyə qoyulan məhdudiyyət qərarını məhz Twitterdə yazdığı tvitlərlə tənqid etdi.

 

Bundan başqa ötən gün baş nazir Rəcəb Tayyib Ərdoğan karikaturaçıların da hədəfində olub.

 

Həmin karikaturalardan bəzilərini təqdim edirik:

Sizin Reklam Yeriniz