Əlaqə Arxiv
news Image
2014.03.22
14:23
| A A A
Bakıda bir prospektdə gediş-gəliş dayandırıldı

Bu gün Bakının əsas prospekti sayılan Heydər Əliyev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.V.Əsədov bildirib ki, əlavə informasiya löhvələri quraşdırıldığından, avtomobillərin prospektin əsas yolundan istifadə edilməsinə məhdudiyyətlər tətbiq edilir.Bakı yol polisi sürücülərdən xahiş edir ki, metronun "Koroğlu" stansiyasından və "Excelsior" otelindən hər iki istiqamətə hərəkət edərkən köməkçi yollardan istifadə etdsinlər.V.Əsədov prospektin əsas yolunun qısa zamanda açılacağını deyib.Bölmə rəisi həmçinin bildirib ki, Bakıda İçərişəhər - Qoşa Qala Qapısı meydanında Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq sürücülər imkan daxilində həmin istiqamətə şəxsi maşınlarından istifadə etməsinlər.

Sizin Reklam Yeriniz